Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı müğənni Sevinc Musayevadır.
Sevinc Musayeva ilə müsahibəni təqdim edirik:
-Sevinc xanım, internetdən daha çox hansı məqsədlə istifadə edirsiniz?
-İnternetdə yalnız mənə maraqlı olan məlumatları araşdırıram. Ən çox dini mövzulara görə araşdırmalarım olur. Bir də cizgi filmlərinə baxmaq üçün istifadə edirəm.
-Hansı elektron poçt ünvanından istifadə edirsiniz?
-Gmail-dən istifadə edirəm. Youtube-da isə şəxsi hesabım var. Elektron poçtumu gün ərzində tez-tez yoxlayıram.
- İşdən evə gedəndə, evdə də mobil telefondan , planşetdən və ya kompüterdən istifadə edirsinizmi?
-Bəli, telefondan mütəmadi şəkildə istifadə edirəm.
-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi? Həmin şəxsin sizin üçün təhlükəli olmadığını necə müəyyən edirsiniz?
-Əvvəllər etibar edirdim. Amma indi yox. Çünki müəyyən zərbələr aldım. Hazırda Facebook səhifəmin bir admini var. Həmin insan savadlıdır və işinin öhdəsindən mükəmməl gəlir. Amma İnstagram səhifəmi özüm işlədirəm.
-Hansı sosial mediadan aktiv istifadə edirsiniz?
-İnstagramdan daha aktiv istifadə edirəm.
-Facebookun imkanlarından necə, yetərincə bəhrələnirsinizmi?
-Facebook-da hec bir qrupda yoxam. Facebook-da mesaj qutumda oxunmamış 20 mindən çox SMS var. Facebok deyəsən mənə maraqsızdır(gülür). Zarafat edirəm, qorxuram ki, həmin mesajlara cavab versəm, sualların ardı yenə gələcək.
-Tez-tez şəkil paylaşırsınızmı?
-Bəli paylaşıram və çox vaxt içimdən gələn düşüncələrlə paylaşıram. Maraqlı aforizmlər və tablolar olanda hətta like edirəm.
-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?
-Getdikcə insanlar texnologiyadan asılı yox, texnologiyanın qulu olurlar.
-Mobil internetdən istifadə edirsinizmi?
-Mobil internetdən daha çox Whatsappda lazımi məlumatları əldə etmək üçün istifadə edirəm. Çəkilişlərdə olarkən çəkdirdiyim şəkilləri anında İnstagramda paylaşmaq üçün mobil internet çox köməyimə gəlir.
-Xaricdə səfərdə olarkən Rouminq xidmətindən istifadə edirsiniz?
-Olduğum məkanda WiFi varsa, istifadə edirəm. Yoxdursa, beynim sakit və rahat
olur(gülür).Yəni Rouminqdən istifadə etmirəm.
- Whatsapp bu gün insanların işini daha da asanlaşdırıb. Bu fikirlə razısınızmı?
-Whatsapp-dan lap əvvəllər də istifadə edirdim. Sonra bir neçə il bağladım. Bu yaxınlarda yenidən Whatsapp-ı aktiv etdim. Çünki, Whatsapp-dan vacib olan bütün məlumatları əldə edirəm. Amma saatlarla Whatsapp-da yazışmaqdan zəhləm gedir.
-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?
-Baxır mesaja və zəngə. Əgər bu zəng ailəmdəkilərdən gəlirsə əlbəttə bəli.
-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləyirsinizmi? Gözləməyənlərə reaksiyanız necə olur?
-Nəinki yazışmalarda, hətta adi həyatda danışanda belə etika qaydalarına əməl etmək lazımdır. O ki, qaldı etikadan kənar yazılan rəylərə- bu ən azından insanın evdə aldığı tərbiyədən xəbər verir. Məşhur yazıçı Höte demişdir: İnsan hər gün bir parça musiqi dinləməli, yaxşı bir kitab oxumalı, gözəl bir rəsm görməli və mümkünsə bir neçə məntiqli cümlə söyləməlidir.
-Gənc oğlan və qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonunda nəyləsə məşğuldur. Buna münasibətiniz necə olardı?
- Münasibətim çox pis. Zənnimcə bu bir-birinə hörmətsizlik əlamətidir.
-Soruşmaq istədiyiniz hansısa sualı yaxınlığınızda olan birisinə və ya iş yoldaşınıza şəxsən verərdiniz ya email-mesajla yazardınız?
-Üzbəüz soruşardım. Çünki o insanın gözündəki və üzündəki reaksiya mənə daha maraqlıdır.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri